Lavrov NATO nun dağılacağını proqnozlaşdırıb

30.06.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"NATO ölkələrinin hərbi büdcələrini artırmaq planları təşkilatın dağılmasına səbəb olacaq". 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya hərbi xərclər məsələsində NATO kimi uzaqdan gələn təhdidlərlə deyil, sağlam düşüncəni rəhbər tutur.

Qeyd edək ki, Haaqa sammitindən sonra NATO-ya üzv ölkələr müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı planlaşdırdıqlarını açıqlayıblar. Sənədə əsasən, Avropa ölkələrinin qarşıdakı 5 ildə əsas məqsədlərindən biri müdafiəni gücləndirmək, eləcə də təhlükəsizlik problemlərini avtonom həll etmək imkanlarına nail olmaq olacaq.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью