Lavrov Nəhyanla danışdı: Əməliyyatlar dərhal dayandırılsın!

18.07.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed ən-Nəhyan telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, nazirlər Yaxın Şərqdə hərbi əməliyyatların dərhal dayandırılması və danışıqlar prosesinin tez bir zamanda bərpa edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью