Lavrov niyə heç kimin Şimali Koreyaya güc tətbiq etmədiyini açıqlayıb

12.07.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə silahına malik olduğuna görə, dünya gücləri ona qarşı hərbi müdaxilə imkanını nəzərdən keçirmirlər".

Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Şimali Koreya rəhbərliyi ABŞ-nin öz nüvə proqramları olan ölkələrə münasibətdə siyasətini izləyərək, müvafiq nəticələr çıxarıb.

Nazir hesab edir ki, bu səbəbdən beynəlxalq oyunçuların heç biri KXDR-ə qarşı güc tətbiq etməyi düşünmür.

Lavrov, həmçinin vurğulayıb ki, ABŞ, Cənubi Koreya və Yaponiya KXDR sərhədləri yaxınlığında hərbi infrastrukturu gücləndirməyə davam edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью