Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “kollektiv Qərb” məkanında nüvə silahının yayılması ilə bağlı real təhlükənin yarandığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
Lavrovun sözlərinə görə, Almaniyanın öz nüvə silahına sahib olmaq istiqamətində mümkün addımları bir sıra beynəlxalq öhdəliklərin pozulmasına gətirib çıxara bilər. O qeyd edib ki, oxşar meyillər təkcə Almaniyada deyil, Polşa, Baltikyanı ölkələr, Şimali Avropa dövlətləri, eləcə də Cənubi Koreya və Yaponiyada da müşahidə olunur.
Nazir əlavə edib ki, bu proseslər ABŞ-ın “nüvə çətirinin” etibarlılığı və uzunömürlülüyü ilə bağlı şübhələr, həmçinin ona alternativlərin yaradılması bəhanəsi ilə əsaslandırılır.
Bundan əvvəl Norveçin Baş naziri Yonas Qar Störe Avropada nüvə çəkindirməsi ilə bağlı müzakirələrin başlanmasının vacibliyini bəyan etmişdi.
Xədicə BAXIŞLI