Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Kollektiv Qərb” daxilində nüvə silahının yayılması ilə bağlı real təhlükənin yaranıb.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı danışıb.
Lavrovun sözlərinə görə, Almaniyanın öz nüvə silahına sahib olmaq ehtimalı bir sıra beynəlxalq öhdəliklərin pozulmasına doğru atılmış addım olardı. O qeyd edib ki, oxşar meyillər təkcə Almaniya ilə məhdudlaşmır. Nazirin sözlərinə görə, Polşa, Baltikyanı və Şimali Avropa ölkələri, eləcə də Cənubi Koreya və Yaponiya kimi dövlətlərdə də bu istiqamətdə müzakirələr və hərəkətlər müşahidə olunur.
Lavrov vurğulayıb ki, bu proseslər ABŞ-ın “nüvə çətiri”nin etibarlılığı və davamlılığına dair artan şübhələr, həmçinin ona alternativ mexanizmlərin yaradılması cəhdləri fonunda baş verir.
Tahir Turan
Globalinfo.az