Lavrov Paşinyan hakimiyyətinə Yanukoviçin Aİ ilə assosiasiya təcrübəsini xatırladıb

14.01.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

"2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır", - Rusiya XİN başçısı Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirəyə başlamasına münasibət bildirərkən deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью