Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya elmi-tədqiqat gəmisi “Professor Molçanov”un həbsini Norveç üçün biabırçılıq adlandırıb.
Sherg.az xəbər verir ki, Lavrov bu barədə “Birinci kanal”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, gəmi Şpitsbergendəki Barentsburq limanında Ukraynanın “Naftoqaz” şirkətinin iddiası əsasında Norveç məhkəməsinin qərarı ilə saxlanılıb.
“Bu hadisə ilk növbədə Norveç məhkəmə sistemi, eləcə də Norveç dövləti üçün biabırçılıqdır”, – deyə Lavrov bildirib.
Nazir əlavə edib ki, Norveç rəsmiləri yaranmış vəziyyətin ciddiliyini anlayır, lakin problemdən necə çıxacaqlarını bilmirlər.