Lavrov: PutinTramp görüşü ilə bağlı konkret təkliflər almamışıq

14.01.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiya ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş haqqında konkret təkliflər almayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Putin-Tramp görüşü barədə konkret təkliflər almaylb, lakin bu görüşə hazırdır.

Lavrovun müavini Sergey Ryabkov isə Rusiya ilə ABŞ arasında təmasların Trampın inauqurasiyasından sonra mümkün olduğunu söyləyib, Moskvanın Vaşinqtonla dialoqa hazır olduğunu vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью