Lavrov Qafqaz və Mərkəzi Asiyadan olanların Rusiyada sıxışdırılmasını məqbul saymır

19.02.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Mərkəzi Asiya, Cənubi Qafqaz, eləcə də keçmiş Sovet İttifaqının digər respublikalarından olan əmək miqrantlarının giriş rejiminin sərtləşdirilməsi Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmir.

Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "hökumət saatı"nda deyib.
O, "qaydaya əməl etmək lazımdır" fikri ilə razılaşıb, lakin viza rejiminin tətbiqinə qarşı çıxıb.
"Biz hesab edirik ki, onların davranışlarına nəzarəti gücləndirmək lazımdır, lakin maneələr yaratmaq, xüsusilə də viza rejimi tətbiq etmək olmaz. Bəli, mövcud olmuş qayda ilə müqayisədə indi əlavə tədbirlər görülür, lakin onlar əmək miqrasiyası üçün maneələrin yaradılmasına yox, məhz nəzarətin gücləndirilməsinə yönəlib", - S.Lavrov bildirib(Report).
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью