Lavrov: Qərb qoşunlarının Ukraynaya göndərilməsi o deməkdir ki... | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa ölkələrinin qoşunlarını Ukraynaya yerləşdirmək qərarı NATO-nun rəsmi və birbaşa şəkildə müharibəyə qoşulması anlamına gələcək.
Qeyd edək ki, Rusiya artıq 3 ildir, Ukraynada guya Qərb və NATO ilə döyüşdüyünü iddia edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya təbliğat nəşri RIA Novosti yazır. "Biz belə hərəkətlərə qətiyyən göz yummayacağıq.
Bu, artıq "gizli hibrid müharibə” deyil, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə açıq və rəsmi şəkildə qoşulması demək olacaq.
Bunu qəbul etmək mümkün deyil", - Lavrov deyib. Lavrov xüsusilə Fransa prezidenti Emmanuel Makronun Rusiyanı "təhlükə" adlandırmasını vurğul
"Əgər Rusiya təhlükə kimi görülürsə, deməli, həmin təhlükəyə qarşı qoşun yeridilməlidir", – deyə o əlavə edib.
Lavrov iddia edib ki, Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin Ukraynada hava, dəniz və enerji obyektlərində bir aylıq atəşkəs təklifi guya bu müddət ərzində Avropa qoşunlarını Ukraynaya yerləşdirmək üçün nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu