Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Qlobal səhnədə əvvəlki qaydalar faktiki olaraq ləğv edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.Onun sözlərinə görə, qlobal səhnədə oyun "kim güclüdür, o da haqlıdır" prinsipi ilə gedir.Lavrov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə yazmaq siyasəti Avropa üçün ciddi bir şok olub.Rusiya XİN başçısı 2026-cı ilin ilk həftələrinin "təəssürat yaratmaq üçün bütün rekordları qıracağını" qeyd edib.
O, ABŞ-ın Venesuelaya hücumunu ən əhəmiyyətli hadisələrdən biri kimi qeyd edərək, bunu "kobud silahlı işğal" adlandırıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.