Lavrov Rəşt Astara dəmir yolu xəttinin tikintisindən danışıb

25.02.2025

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiya çox yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanacağını və bu məqsədlə Rusiya ixrac kreditinin veriləcəyini gözləyir. 
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki , bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. 
“Biz iranlı dostlarımızın Rəşt-Astara dəmir yolu xəttinin tikintisi başlamazdan əvvəl atılması lazım olan bütün addımları atmasından məmnunluq ifadə etdik. Biz gözləyirik ki, tikinti çox yaxın vaxtlarda başlayacaq. Rəşt-Astara hissəsi bizə çox mühüm addım atmağa imkan verəcək, çünki bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam işə salınması üçün zəruri olan hissədir”, - deyə rusiyalı nazir qeyd edib. 
İranın “Tasnim” agentliyinin məlumatına görə, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Avropa arasında yüklərin daşınması üçün 7200 km-lik çox rejimli dəniz, dəmir yolu və avtomobil marşrutları şəbəkəsidir.
İran rəsmiləri Rəşt-Astara dəmir yolunun fəaliyyətə başladığı ilk ildə bir milyon sərnişin və 10 milyon ton yük daşıyacağını hesablayıblar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью