Lavrov: Rusiya ABŞ ilə dialoqda məxfiliyi qorumağa üstünlük verir

12.02.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Rusiya ABŞ ilə dialoqda məxfiliyi qorumağa üstünlük verir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, diplomatik və digər təmaslar sakitliyi sevir.

"Rusiya effektiv diplomatiya üçün məxfilik haqqında razılaşmaya əməl etməyə üstünlük verir. Burada Moskvanın yanaşması Vaşinqtondan fərqlidir", deyə Lavrov, ABŞ vətəndaşı Mark Fogelin sərbəst buraxılması ilə bağlı sualı cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью