525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında ikitərəfli danışıqlar zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.
525.az “Report” a istinadən xəbər verir ki, bunu Lavrov Moskvada türkiyəli həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi Türkiyə ilə böyük və müsbət əməkdaşlıq təcrübəsinə malikdir.
"Cənubi Qafqazda "3+3" formatında əməkdaşlıq təcrübəmiz var. Bu format artıq öz səmərəliliyini sübut edib", - Lavrov bildirib.
O qeyd edib ki, Rusiya bu formatda əməkdaşlığı davam etdirəcək.