Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əgər Volodimir Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin”
“Rusiya danışıqlara hazırdır, lakin danışıqlar zamanı Ukraynadakı müharibəni dayandırmayacaq. Əgər Volodimir Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin". AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BRICS sammitinin keçirildiyi Yeni Dehlidə deyib.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov AFP-yə açıqlamasında Ukrayna liderinin təklifini rədd edərək deyib ki, Mayamidə keçirilən G20 sammitində Rusiya və Ukrayna prezidentləri arasında görüş "qeyri-mümkündür". Peskov həmçinin görüşün yalnız Rusiya paytaxtında keçirilə biləcəyini bildirib. AFP-nin Kremlin danışıqlar üçün alternativ məkanı nəzərdən keçirib-keçirmədiyi barədə sualına Peskov belə cavab verib: "Biz Zelenskini Moskvada görüşməyə hazırıq".
11 sentyabrda Ukrayna Prezidenti Rusiya lideri iştirak edərsə, dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində Vladimir Putinlə görüşməyə hazırdır: "Bəli, əlbəttə. Biz gəlməliyik. Görüşməli, danışmalı və qərarlar qəbul etməliyik. Bu, söz məsələsi deyil. Ona nə deməyimin və ya onun mənə nə demək istədiyinin əhəmiyyəti yoxdur. Yalnız nəticə vacibdir. Vəssalam".
Zelenski və Putin 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlanğıcından bəri şəxsən görüşməyiblər. Rusiya lideri 2019-cu ildən bəri G20 sammitində iştirak etməyib. Sentyabrın əvvəlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkov və Cared Kuşner sülh danışıqlarını bərpa etmək üçün Moskva və Kiyevə səfər ediblər. Daha sonra "Financial Times" qəzeti danışıqçıların Moskva və Kiyevə səfərlərinin heç bir nəticə vermədiyini yazıb.