Lavrov: Rusiya Gürcüstanla davam etməyə hazırdır

05.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Aİ süni şəkildə Gürcüstandakı parlament seçkilərini Rusiya ilə Qərb arasında seçim kimi təqdim etməyə çalışır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "RIA Novosti"yə verdiyi müsahibəsində bildirib.

“Həqiqətən də bu, milli maraqlar əsasında suveren inkişafla xarici idarəetmə, ənənəvi dəyərlərlə neoliberal prinsiplər arasında seçimdir,” – o, deyib.

Nazir eyni zamanda, Gürcüstandakı parlament seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı bəyanatları “açıq yalan” adlandırıb və Rusiya tərəfinin ikitərəfli əlaqələrin normallaşdırılması prosesinə davam etməyə hazır olduğunu vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью