Lavrov: Rusiya ilə ABŞ arasında maraqların tam üst üstə düşməsi olmayacaq

19.02.2025

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Federasiyası və ABŞ-ın milli maraqları heç vaxt tam üst-üstə düşməyəcək, lakin üst-üstə düşəndə ​​tərəflər bundan faydalanmalıdır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında deyib.
“Milli maraqlar heç vaxt tam üst-üstə düşməyəcək, əksər hallarda onlar hər bir ölkə üçün vacib olan müəyyən sahələrdə ayrılır, lakin üst-üstə düşən yerdə biz bundan maksimum qarşılıqlı fayda əldə etmək üçün hər şeyi etməliyik”-deyə, Lavrov bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью