Lavrov: Rusiya Ukrayna ilə cəbhə xəttində atəşkəsə razı olmayacaq

14.08.2026

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın hazırkı təmas xəttində Ukrayna ilə hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.

Bizimyol.info xəbər verir ki, Lavrov bu barədə Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinə (VGTRK) müsahibəsində danışıb.

Lavrovun sözlərinə görə, döyüşlərin yalnız cəbhə xəttində dayandırılması “babaların və ulu babaların nasizm üzərində qazandığı qələbənin üstündən xətt çəkərdi”. O, hərbi əməliyyatların yalnız uzunmüddətli və dayanıqlı nizamlanma əldə edildikdən sonra dayandırılmasının mümkün olduğunu deyib.

Nazir Rusiyanın ABŞ-la danışıqları davam etdirməkdə maraqlı olduğunu, prezident Vladimir Putinin ABŞ nümayəndələri Stiv Uitkoff və Jared Kuşneri yenidən qəbul etməyə hazır olduğunu bildirib.

Lavrov Qara dənizdə mümkün atəşkəs məsələsinə də toxunub. O, Türkiyənin gəmiçiliyin hücumlara məruz qalmaması üçün tərəfləri razılaşmağa çağırdığını qeyd edib.

Xatırladaq ki, Ukrayna və onun müttəfiqləri cəbhə xəttində atəşkəsə çağırışlarını davam etdirirlər. Avqustun 13-də “Reuters” Ukraynanın Rusiyaya Qara dənizdə qarşılıqlı hücumların dayandırılmasını təklif etdiyini bildirib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью