Lavrov: Rusiya uranın zənginləşdirilməsində İrana kömək etməyə hazırdır

08.07.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rusiya uranın zənginləşdirilməsi üçün lazım olan zəruri texnologiyalara malikdir və öz xidmətlərini İrana təqdim etməyə hazırdır".

Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda BRICS sammitinin yekunlarına dair deyib.

Onun sözlərinə görə, Moskva Rusiya müəssisələrində emal etmək üçün zənginləşdirilmiş uranın artıq hissəsini çıxarmağa və nüvə enerjisində istifadə etmək üçün onu İrana qaytarmağa hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью