Lavrov Rusiya və ABŞ arasında danışıqlarda iştirak etmək üçün Ər Riyada getdi

17.02.2025

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Rusiya-Amerika danışıqlarının aparılacağı Səudiyyə Ərəbistanına gəliblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, hökumət təyyarəsi Ər-Riyad hava limanına enib.

Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşünün çərşənbə axşamı Səudiyyənin paytaxtında baş tutacağı gözlənilir. Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya tərəfini Lavrov və Uşakov amerikalı həmkarları ilə ikitərəfli münasibətlərin bütün spektrinin bərpasını, eləcə də liderlərin görüşünə hazırlıq və Ukraynada münaqişənin nizamlanması üzrə mümkün danışıqları müzakirə edəcəklər.

CNN-in məlumatına görə, ABŞ-nin Ər-Riyaddakı nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff daxildir.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью