Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib ki, Ukraynada dərhal atəşkəs elan olunması "nasist rejiminin qorunması” və "rus dilinin qadağan olunması” demək olardı.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya Pravda” yazır.
Lavrov bu fikirləri Avropa ölkələri liderlərinin birgə bəyanatını şərh edərkən səsləndirib.
Həmin bəyanatda liderlər Ukraynaya və ABŞ prezidenti Donald Trampın döyüş əməliyyatlarını dayandırmaq səylərinə dəstək ifadə etmişdilər.
"Atəşkəs indi yalnız bir şeyi ifadə edər – Ukraynanın böyük bir hissəsi nasist rejiminin idarəsində qalacaq.
Bu ərazidə isə qanunvericiliklə tam bir dilin qadağan edildiyi yeganə yer olacaq.
Halbuki bu, BMT-nin rəsmi dilidir və əhalinin çoxu həmin dildə danışır”, – Lavrov Efiopiyanın xarici işlər naziri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.