Axar.az saytına istinadən Icma.az xəbər verir.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim əs-Sani rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Qətər XİN məlumat yayıb.
Nazirlik qeyd edib ki, tərəflər ikitərəfli əməkdaşlığın gücləndirilməsi yollarını və son regional hadisələri müzakirə ediblər.
Nazirlər Yaxın Şərqdə gərginliyin azaldılması və sabitliyin gücləndirilməsi üçün birgə tədbirlər görülməsinə xüsusi diqqət yetiriblər.