Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov diplomatik fəaliyyəti zamanı bəzən emosional ifadələr işlətməsinin səbəblərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Lavrov TASS agentliyinə müsahibəsində bildirib ki, belə hallar adətən gözlənilməz və ya düzgün hesab etmədiyi addımlarla qarşılaşdığı zaman baş verir.
Bildirilib ki, nazir sərt ifadələrin onun şəxsi xarakterindən deyil, konkret vəziyyətlərə verilən reaksiyadan qaynaqlandığını qeyd edib. Lavrov bildirib ki, hər bir insan kimi diplomatlar da müəyyən məqamlarda emosional reaksiya göstərə bilərlər.
"Nəyisə gözlənilməz və yanlış şəkildə etdikdə, bəzən "isti sözlər" dilə gəlir", - deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov, həmçinin Rusiyanın xarici siyasət kursu barədə danışaraq, hazırkı beynəlxalq vəziyyətdə Moskvanın siyasətində "sağlam qəzəb" elementinin vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, gərginliyi artırmaq və enerjini boş yerə sərf etməkdənsə, konkret məqsədlərə və qarşıya qoyulan vəzifələrin icrasına fokuslanmaq daha səmərəlidir.
Aminə ŞAHSUVARQIZI