Lavrov Simonyanla görüşdə açıqladı: O filmə baxmaq istəyirəm

05.02.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məşhur sovet futbolçusu, İrəvanın “Ararat” klubunun məşqçisi olmuş Nikita Simonyanla bağlı Rusiya Mədəniyyət Nazirliyinin çəkdiyi filmə baxmaq istəyirəm”. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə deyib.

Lavrov filmin fraqmentlərinə baxmaq istədiyini bildirib:

“Filmi tam izləmək istəyirəm. Bu, həm də idman sahəsində xalqlarımızın birliyinin simvoludur. Rusiya-Ermənistan münasibətlərində humanitar aspekt vacibdir. Simonyan həm Moskvanın “Spartak”ını, həm də İrəvanın “Ararat” komandasını qızıl medallara aparan böyük futbolçu və əla məşqçidir”. 

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью