Lavrov Trampı təriflədi O, sülhün prezidentidir

19.11.2024

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər".
Turkustan.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Trampın Ukrayna ilə bağlı mövqeyinə gəlincə, o bildirib ki, o, müharibənin deyil, sülhün prezidentidir və ümumiyyətlə, müharibə deyil, sülh istədiyini bəyan edən insanlar, siyasətçilər, mənə elə gəlir ki, dəstəyə layiqdirlər” - Lavrov deyib.
Lavrovun sözlərinə görə, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün Çin və Braziliyanın təşəbbüslərini də alqışlayır. /teleqraf.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью