Lavrov Trampın İranla bağlı planını ifşa etdi

15.04.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“ABŞ İranla bağlı neft resurslarına nəzarət etmək üçün “Venesuela ssenarisi”nə bənzər addımlar planlaşdırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“ABŞ əvvəlcə Venesuela Prezidenti Nicolas Maduronu “narkotik kartelinin rəhbəri” kimi təqdim etdi, lakin sonra bu mövzudan demək olar ki, imtina olundu və diqqət neft məsələsinə yönəldi.

İndi deyirlər ki, narkotiklər Meksikadan gəlir və bu barədə müəyyən razılaşma əldə olunub. Maduroya gəlincə isə, o, kənarlaşdırılıb və neft faktiki olaraq Vaşinqtonun nəzarətinə keçib”, – deyə o bildirib.

Nazir əlavə edib ki, eyni yanaşma İranla bağlı da nəzərdən keçirilib:

“Prezident Donald Tramp dəfələrlə ABŞ-ın İran neftinə nəzarət etməyə və ya onun idarə olunmasını birgə həyata keçirməyə hazır olduğunu deyib”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью