Lavrov: Trampın Ukrayna planı Rusiyaya rəsmi təqdim edilməyib

25.11.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyaya Trampın planı rəsmi olaraq təqdim edilməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, ABŞ-nin Ukrayna ilə bağlı planının Rusiyaya rəsmi olaraq çatıdırılmadığını, lakin Moskvanın həmin planın konkret ifadələrini müzakirə etməyə hazır olduğunu söyləyib.

Rusiya XİN başçısı Trampın Ukrayna ilə bağlı planının Moskvaya qeyri-rəsmi kanallar vasitəsi ilə çatdırıldığını vurğulayıb

Lavrov bildirib ki, Rusiya ABŞ-dan Avropa və ukraynalılarla razılaşdırılmış aralıq variant hesab etdiyi versiyanı təqdim etməsini gözləyir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью