Lavrov: Trampla görüşün nəticəsini indidən proqnozlaşdırmırıq

15.08.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə gözlənilən sammitində danışıqların uğursuzluqla nəticələnə biləcəyi ilə bağlı danışıb.

Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə Lavrov Trampın danışıqların uğursuzluqla nəticələnməsi ehtimalının 25 faiz olduğu barədə açıqlaması ilə bağlı Alyaskada jurnalistlərin suallarını cavablandırıb.
Lavrov: "Biz heç vaxt spekulyasiya etmirik. Bilirik ki, arqumentlərimiz aydın və anlaşılandır. Bunu izah edəcəyik".
Lavrov ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskva səfərləri zamanı çox işlər görüldüyünə diqqət çəkərək, Vitkoffun da bunu həm Rusiya prezidenti Putin həm də ABŞ prezidenti Trampın adından dediyini xatırladıb.
"Ümid edirəm ki, bu faydalı söhbəti sabah da davam etdirəcəyik", - Lavrov bildirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью