Lavrov Türkiyə mediasında ilk müsahibəni Sevil Nuriyevaya verdi VİDEO

29.01.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına ilk üzbəüz müsahibəsini Türkiyədə yaşayan və çalışan tanınmış telejurnalist, köşə yazarı Sevil Nuriyevaya verib.

Turkustan.az xəbər verir ki, qlobal tarazlığın pozulduğu, münaqişə və müharibələrin alovlandığı bir vaxtda gerçəkləşən müsahibədə bir sıra mövzulara Rusiyanın mövqeyinin öyrənilməsi mümkün olub.

S.Nuriyeva Ukrayna-Rusiya müharibəsinən nə vaxt və hansı şərtlərlə bitə biləcəyi, Suriyada yeni dövrdə Moskvanın baxışı və iştirakı, Türkiyə-Rusiya münasibətləri, Qrenlandiyanın ABŞ-ın nəzarəti altına keçmə ehtimalının Rusiya üçün nəticələri kimi suallara S.Lavrovdan cavablar almağa çalışıb.

Reportaj bu axşam Türkiyə vaxtı ilə 18.00 (Azərbaycan vaxtı ilə 19.00-da) TGRT-dən yayınlanacaq.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью