Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada davam edən xüsusi hərbi əməliyyatın (SVO) nə vaxt başa çatacağının Qərbin Kiyevə verdiyi tövsiyələrdən asılı olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Lavrov bu barədə “Birinci kanal”da yayımlanan “Böyük oyun” proqramına müsahibəsində danışıb.
“Çox şey Ukrayna rejiminin sahiblərinin ona verdiyi tövsiyələrin nə dərəcədə məntiqli olacağından asılıdır”, - deyə Lavrov əməliyyatın başa çatma müddətindən danışarkən qeyd edib.
Rusiya XİN rəhbəri daha əvvəl Avropa İttifaqını sərt şəkildə tənqid edərək, Avropanın Ukrayna münaqişəsinin davam etməsində maraqlı olduğunu və hərbiləşdirmə siyasətini davam etdirdiyini bildirib.