Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik

14.08.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatın (müharibənin – red.) bütün məqsədlərinə nail olacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bu məqsədlərə çatılacağını açıq şəkildə bildirib.

Nazirin sözlərinə görə, Rusiya Ukraynanın istifadə etdiyi üsullara əl atmayacaq, amma öz metodlarını daha da sərtləşdirəcək.

“Biz bu səviyyəyə enməyəcəyik, amma Kiyevin hərbi maşınını Qərbdən qidalandıran hər şeyi məhv etmək üçün öz metodlarımızı daha sərtləşdirəcəyik”, - Lavrov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью