Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Tani telefon danışığında Fars körfəzi regionundakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in rəsmi saytında dərc olunmuş məlumatda bildirilib. Telefon söhbətindən sonra Rusiya xarici siyasət idarəsi qeyd edib ki, tərəflər hərbi əməliyyatların dərhal dayandırılmasının və iyunun 17-də imzalanmış “İslamabad Memorandumu” əsasında danışıqlar prosesinin təcili bərpasının vacibliyini vurğulayıblar.
XQ