Lavrov və Fidan İstanbulda Rusiya Ukrayna danışıqlarına hazırlığı müzakirə ediblər

30.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan iyunun 2-də İstanbulda keçiriləcək Moskva və Kiyev arasında birbaşa ikitərəfli danışıqların növbəti raunduna hazırlıq məsələlərini telefonla müzakirə ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazirlərin söhbətinin yekunlarına dair bəyanatında bildirilir.

"Xarici siyasət idarələrinin rəhbərləri iyunun 2-də İstanbulda birbaşa ikitərəfli Rusiya-Ukrayna danışıqlarının növbəti raunduna hazırlığın təşkilati aspektlərini müzakirə ediblər", - deyə Rusiya XİN qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью