Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün Türkiyəyə səfərə başlayır. Lavrov fevralın 23-24-də Türkiyədə bir sıra görüşlər keçirəcək.
Maraqlıdır ki, Lavrovdan dərhal sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da fevralın 26-27-də Ankarada olacaq.
Hər iki Rusiya rəsmisinin Türkiyənin xarici işlər naziri Hakan Fidan və ola bilsin ki, prezident Rəcəb Tayyib Ərdoğanla görüşləri gözlənilir.
Rusiya mediası yazır ki, ardarda planlaşdırılan bu səfərdə əsas məqsəd haqda rəsmi bilgi yoxdur.
Lakin əsas ehtimal Ukraynadakı vəziyyətin müzakirəsi olduğu qeyd edilir.
Vurğulanır ki, son günlər Rusiya ilə Türkiyə arasında təmaslar intensivləşib.
2022-ci il martın sonlarında Moskva ilə Kiyev arasında “İstanbul razılaşmaları” kimi tanınan danışıqların xatırlanır.