Lavrov və Rubio arasında telefon danışığı olub

28.05.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Mayın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Lavrov Rubioya Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında mayın 19-da əldə olunmuş razılaşmaların icrasının gedişatı, habelə Rusiya tərəfinin İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının növbəti raundu üçün konkret təkliflərin hazırlanması barədə məlumat verib.

Rubio, öz növbəsində, Donald Trampın diqqətini Ukrayna münaqişəsinin tezliklə başa çatmasına yönəldiyini vurğulayıb və Vaşinqtonun tərəflərin mövqelərinin yaxınlaşmasına yardım etməyə hazır olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli gündəlikdəki cari məsələlərə də toxunulub.

Tərəflər Rusiya və ABŞ xarici siyasət qurumları arasında konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqu davam etdirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью