Lavrov və Rubio İstanbul danışıqlarının nəticələrini müzakirə ediblər

17.05.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Həmçinin tərəflər İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqlarının nəticələrini, eləcə də digər beynəlxalq və regional məsələləri müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью