Lavrov və Rubio Manilada

24.07.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Manilada keçirilən ASEAN sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında keçirilən görüş başa çatıb. Görüş 35 dəqiqə davam edib.

Rusiya mediası yazıb ki, danışıqlar qrafikə uyğun şəkildə aparılıb; cənab Rubionun növbəti ikitərəfli görüşü yerli vaxtla saat 12:25-ə təyin edilmişdi.

Diplomatik mənbələrin məlumatına görə, Sergey Lavrov və Marko Rubio arasındakı görüş təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb. Görüşdə ABŞ Dövlət katibi ilə yanaşı, ölkənin Hindistandakı səfiri Serxio Qore və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Ellison Huker də iştirak ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью