525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Manilada ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.
525.az xəbər verir ki, bu barədə Lavrov brifinqdə bildirib.
"Rubio ilə görüş artıq razılaşdırılıb. Görüş cümə axşamı səhər baş tutacaq, - o əlavə edib.
O, həmçinin bildirib ki, Moskva Vaşinqtonun Ankoricdə verdiyi təkliflərdən hələ də imtina etmədiyini düşünür.
"Bu təkliflər səsləndirilib və hər kəsə yaxşı məlumdur, çünki çoxsaylı şərhlər olub", - Rusiyanın XİN başçısı söyləyib.
Pərvanə Sultanova