Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında Manilada keçirilən görüş başa çatıb.
Sherg.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, görüş 35 dəqiqə davam edib.
ABŞ dövlət katibinin rəsmi iş qrafikinə əsasən, Rusiya xarici işlər naziri ilə görüş üçün təxminən yarım saat vaxt ayrılmışdı.
Hazırda görüşün nəticələri ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüşün təşəbbüskarı ABŞ tərəfi olub, Rusiya tərəfi isə bu təklifi qəbul edib. Lavrov və Rubio bu dəfə artıq dördüncü dəfə üzbəüz görüş keçiriblər.
Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri sonuncu dəfə ötən ilin sentyabr ayının sonunda Nyu-Yorkda görüşmüşdülər.