Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüş keçirib

13.10.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada dörd Xəzəryanı dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə illik görüşü keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da iştirak ediblər.

Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью