Lavrov: Zelenski rejimi konstruktiv danışıqlara hazır deyil

28.12.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiya tərəfi Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi rejim və onun Avropadakı himayədarları tərəfindən konstruktiv danışıqlara hazır olunduğunu görmür.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a 2025-ci ilin yekunlarına dair müsahibəsində bildirib.

“Qeyd edirik ki, Zelenski rejimi və onun Avropadakı kuratorları konstruktiv danışıqlara hazır olduqlarını nümayiş etdirmirlər”, – deyə nazir vurğulayıb.

Lavrov əlavə edib ki, Kiyev “mülki əhaliyə qarşı terror fəaliyyəti həyata keçirir və Rusiyanın mülki infrastrukturuna qarşı diversiyalar törədir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью