Lavrova dedim ki, Putinlə görüş bu şərtlə baş tutacaq

21.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş Ukraynada müharibənin dayandırılmasına töhfə verəcəyi təqdirdə baş tutacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib.

“Görüş mümkündür, ancaq o şərtlə ki, müharibənin sonunu yaxınlaşdırsın”, - o bildirib.

Rubio bu həftə Səudiyyə Ərəbistanında Rusiyanın xarici işlər naziri Sergey Lavrovla məsələni müzakirə etdiyini xatırladıb:

“Mən ona (Lavrova – red.) dedim ki, biz onun məzmununa əmin olana qədər görüş baş tutmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью