Lavrova qarşı birtərəfli sanksiyalar ləğv edilə bilər

18.02.2025

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.

"Ölkə.az" xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.

“Biz hələ ki, danşıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rubio vurğulayıb ki, hələ bu prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью