Lavrovdan İrəvana hakimiyyət çevrilişi mesajı

28.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Biz dövlət çevrilişlərinin necə həyata keçirildiyini öyrənməmişik”.

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın “yumşaq güc”dən istifadə etməklə hakimiyyət dəyişikliyi məsələsinə münasibət gətirərkən deyib.

““Yumşaq güc” artıq açıq şəkildə daxili işlərə birbaşa müdaxilə metodlarına çevrildiyindən, bəlkə də bəli. Amma şübhəsiz ki, müharibədən əvvəlki dövrlərə, hətta müharibə dövründə belə təxribat əməliyyatları ilə bağlı təcrübəmiz var”, - o qeyd edib.

XİN başçısı vurğulayıb ki, Rusiyanın kəşfiyyat zabitləri müxtəlif ölkələrdə çalışıblar və öz maraqlarını qəhrəmancasına müdafiə ediblər:

“Amma bu, əsasən məlumat toplamaqdır. Bəs dövlət çevrilişi təşkil etmək necə olar? Biz hələ bunu necə edəcəyimizi öyrənməmişik”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью