Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBC”yə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsinə, Serj Sarkisyan barəsində cinayət işi açılmasına münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya dəfələrlə çətin vəziyyətlərdə erməni xalqını və Ermənistan rəhbərliyini xilas edib.
“Əlbəttə ki, bu maraqlar üstünlük təşkil etməlidir. Lakin İrəvandakı hazırkı rəhbərlik başqa məqsədlərlə idarə olunur. Avropa İttifaqına (Aİ) diqqət yetirmək məqsəd elan edilib və Avropa İttifaqına qoşulma prosesinə başlamaq üçün qanun qəbul edilib”, - nazir vurğulayıb.
S.Lavrovun fikrincə, Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya siyasəti səhvdir. Rusiyanın XİN başçısı iddia edir ki, N.Paşinyan Ermənistan seçicilərinə və Ermənistan xalqına etimad göstərmir.
“Dürüst bir seçim nümayiş etdirmək lazımdır. Ticarət dövriyyəsinin son üç ildə 6 milyard dolları keçdiyi və bir ildə 12 milyard dollara çatdığı Avrasiya İqtisadi İttifaqını (Aİİ) yoxsa, Avropa İttifaqını. Hansı ki, Ermənistan Aİİ sayəsində inkişaf edib”, - S.Lavrov söyləyib.
Mürtəza