Lavrovdan Rubio ilə görüşlə bağlı AÇIQLAMA

22.07.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Lavrov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, görüş iyulun 23-də səhər saatlarında baş tutacaq.

Lavrov bildirib ki, görüş zamanı Rubiodan ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin tezliklə həll olunması ehtimalı ilə bağlı açıqlaması barədə də soruşmaq niyyətindədir.

Rusiya XİN rəhbəri görüşün hər halda faydalı olacağını qeyd edib:

"Ümid edirəm ki, təəssüratlarımız barədə sizə məlumat vermək imkanımız olacaq".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью