Lavrovla səmimi danışıqlar apardıq Rubio

23.07.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya xarici işlər naziri Sergey Lavrovla Manilada keçirilən ASEAN tədbirləri çərçivəsində yaxşı və açıq söhbət apardıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynadakı münaqişənin başa çatdırılması istiqamətində konstruktiv rol oynamağa hazırdır:

“Həm Rusiya, həm də Ukrayna böhrana son qoymaq üçün stimula malik olmalıdır. Çətinlik hər iki tərəfin qəbul edə biləcəyi yekun nəticəni tapmaqdır. Nəticə verəcək orta yolu tapmağa çalışdıq və çalışmağa davam edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью