Lavrovu qəzəbləndirən hadisə: Belə danışmaq olmaz, ədəb ərkan gözləyirik | Icma.az
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Rusiya ilə bu dildə danışmaq olmaz.
Siz Ukraynanı silahlandırmaqla müharibənin davam etməsinə səbəb olursunuz”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynaya qoşun göndərmək istəyənlərin koalisiyası mövcud vəziyyətin fərqində deyil: “Onlar başqaların fikirlərinə qulaq asmadan hərəkət etmək istəyirlər.
Bu, nasist baxışlarının, vərdişlərinin və istəklərinin yenidən dirçəldilməsi ilə bağlıdır. Amma siz Rusiya ilə belə dildə danışmamalısınız.
Əgər bu “istəklilər koalisiyasına” hər hansı sağlam düşüncəli lider rəhbərlik edirsə, məncə, onlar bunu tez başa düşməlidirlər.
Əks halda, onlar müharibə yoluna düşəcəklər. Bu onların öz seçimləridir.
Fransa prezidenti Emmanuel Makron , Böyük Britaniyanın baş naziri Keir Starmer və Almaniya kansleri namizədi Fridrix Merz silahlı şüarlar səsləndirir və Rusiyanı təhdid edirlər, lakin onların sözləri xalqlarının mövqeyini əks etdirmir.
Tam oxu
Xəbəri oxu