Lavrovun Putinin gözündən düşməsi... Peskov

07.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Qərb və Ukrayna mediasının Rusiya xarici işlər naziri Sergey Lavrovun Rusiya Prezidenti Vladimir Putinin gözündən düşməsilə bağlı yaydığı xəbərlər tamamilə yalandır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, Lavrov hazırda xarici işlər naziri vəzifəsində çalışır”, - o bildirib.

Qeyd edək ki, Rusiya rəhbərliyinin Budapeştdə Putin və Tramp arasında baş tutmayan danışıqlara görə günahkar kimi Lavrovu görməsi və onun hakim komandadan uzaqlaşdırması prosesinin başladığı barədə məlumat yayılıb. İddialara görə, Lavrovun Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, iclasda iştirak etməməsi onun Putinin gözündən düşməsi ilə bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью