“Layiq olduğumuz çempionluğu aldıq” qalib baş məşqçi | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır. 2-ci liqada çempionluq mübarizəsi son tura qədər davam etdi.
Lider “Şahdağ Qusar” “Dinamo” ilə heç-heçə etsə də, zirvədəki yerini qorudu.
Liderin əsas izləyicisi “Şəfa” isə “Qusar”ı darmadağın etdi (9:0).“Football-plus.az” çempionun baş məşqçisi Elnur Abdullayevin fikrini öyrənib: “Çempionluğumuz rəsmiləşdi.
Layiq olduğumuz çempionluğu aldıq. Bir araya gəldiyimiz gündən qarşımıza çempionluq məqsədi qoyduq, buna da nail olduq.
Bu münasibətlə “Şahdağ Qusar” rəhbərliyini və futbolçularımı ürəkdən təbrik edirəm. Azarkeşlərə minnətdaram.
Bu liqada oynayan komandalara və məşqçilərinə uğurlar arzulayıram”.MÜZƏFFƏR QULUZADƏ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu